Məxfilik və Məlumatların Qorunması Siyasəti

Bu sənəd yashil-magaza.eu saytının istifadəçilərinin şəxsi məlumatlarının toplanması, saxlanması və istifadəsi qaydalarını izah edir. Avropa İttifaqı qanunvericiliyinə, xüsusilə GDPR (General Data Protection Regulation) qaydalarına uyğun hərəkət edirik.

Topladığımız məlumatlar

Biz aşağıdakı məlumatları toplaya bilərik:

  • Ad və soyad
  • Əlaqə vasitələri: e-poçt ünvanı və telefon nömrəsi
  • Çatdırılma və hesab ünvanı
  • Sifariş və ödəmə tarixçəsi
  • Saytdan istifadə zamanı texniki məlumatlar (IP ünvanı, brauzer növü, cihaz tipi və s.)

Məlumatlardan necə istifadə olunur?

  • Sifarişlərin icrası və məhsulun çatdırılması
  • Müştəri sorğularının cavablandırılması
  • Saytın təkmilləşdirilməsi və analitik məqsədlər
  • Qanuni öhdəliklərin yerinə yetirilməsi (məsələn: vergi və hesabatlar)

Məlumatların ötürülməsi

Sizin məlumatlarınız yalnız müvafiq xidmət tərəfdaşlarımızla (kuryer, ödəniş sistemi və s.) paylaşılır. Heç bir halda kommersiya məqsədilə üçüncü şəxslərə satılmır və ötürülmür.

Kukilər (Cookies)

Saytımızda kukilərdən istifadə olunur. Kukilər vasitəsilə istifadəçi təcrübəsini yaxşılaşdırırıq və alış-veriş funksiyalarını təmin edirik. İstifadəçi istəsə, brauzer parametrlərində kukiləri deaktiv edə bilər.

Məlumatların qorunması

Məlumatlarınızın təhlükəsizliyi bizim üçün prioritetdir. Məlumatlar müasir şifrələmə və təhlükəsizlik texnologiyaları ilə qorunur.

İstifadəçi hüquqları (GDPR uyğun)

Avropa İttifaqı rezidentləri aşağıdakı hüquqlara malikdirlər:

  • Məlumatlarına çıxış əldə etmək
  • Məlumatları düzəltmək və ya silmək
  • Emalın məhdudlaşdırılmasını tələb etmək
  • Məlumatların köçürülməsini tələb etmək (data portability)
  • Emala etiraz etmək və razılığı geri çəkmək

Bu hüquqlarınızı icra etmək üçün bizimlə əlaqə saxlayın.

Əlaqə məlumatları

Məxfilik siyasəti ilə bağlı suallarınız varsa, bizimlə əlaqə saxlayın:
📞 +994 50 108 91 08
📧 [email protected]

Rating